| | | | | FAQ




   
İPİ şirkətinin virtual qəbul otagında Sizi salamlayırıq!

Şirkətimizin saytına niyə görə daxil olduğunuzu bilmək istəyirsiniz?
Hər şey çox sadədir. Sizi yersiz məlumatla yormaq fikrində deyilik. Biz, onsuz da həddindən artıq dolu olan İnterneti uğurlarımızın təmtəraqlı təsviri ilə zibilləmək istəmirik. Biz işçilərimizin ən peşəkar və bacarıqlı olmasını tərənnüm etməkdən də uzağıq. Biz yalnız yaranan problemlərin çözülməsində və optimal həllində Sizə yardımçı ola bilərik. Bizim təkliflərimiz isə Sizə əsəblərinizə, paranıza və vaxtınıza qənaət etməyə imkan verəcəktir.

Bizim tərəfimizdən münasib qiymətlərlə hansı mallar Sizə təklif edilə bilər?
Dünyanın aparıcı istehsalçılarından fərdi kompyuter və noutbuklar,
Kompüter aksessuarları,
Periferiya avadanlığının bütün çeşidi (monitorlar, printerlər, skanerlər, fasiləsiz enerji qurğuları, şəbəkə filtrləri, təqdimatlar üçün avadanlıq, rəqəmsal kameralar, pleyerlər və s.),
Lokal şəbəkələrin qurulması üçün avadanlıq (şəbəkə adapterləri, modemlər, kommutatorlar, simsiz avadanlıq),
Ofis avadanlığı (surətçıxaran aparatlar, fakslar, telefonlar, çox funksiyalı qurğular və s.),
İşlək materialları ( katriclər, mürəkkəblər, orqtexnika üçün müxtəlif ehtiyat hissələri)

Satış üzrə menecerimizlə nə zaman söhbət etməyə dəyər?
Necə deyərlər: gec də olsa yaxşıdır. Əslində belə məqamda gec yalnız bir halda ola bilər, ehtiyac duymadığınıza həddindən artıq vaxt sərf etdiyiniz zaman.
Lakin texnikanın alışına düşünülmüş şəkildə yanaşaraq onun tələbatınıza uygun olmasını istəyirsinizsə, onda Siz hökmən etibarlı və bilgili bir adama muraciət etməyə vaxt ayıra biləcəksiniz. Belə adamın başlıca vəzifəsi qiymətləri ürəyinizcə olan malı Sizə təklif etməkdən ibarətdir.

Texniki mütəxəssislərimizə nə zaman müraciət oluna bilər?
Kompüter və kommunikasiya avadanlıgını seçib quraşdırdıqda, 
Kompüter şəbəkəsini layihələşdirib quraşdırdıqda,
Serverlərin işini təmin etmək istəyəndə,
Proqram təminatını quraşdırıb sazlayanda,
Zəmanət xidmətinə ehtiyac olduqda,
Kompüterinizin gücünü artırmaq istədikdə,
Məlumatın bərpa olunmasına ehtiyac yarandıqda,
Virus və digər kompüter problemlərindən azad olmaq istəyəndə, 
Texnikanın təmiri və profilaktikası tələb olunduqda

Özbaşına iş görmək lazımdırmı?
  Bəlkə də. İstədiyiniz malı əldə etmək məqsədilə bir neçə şirkəti gəzib dolaşaraq hansısa bir məbləği qənaət edə biləcəksiniz. Lakin istədiyinizə nail olmaq ehtimalı cüzidir. Siz ancaq artıq çəkinizdən azad olmaq imkanını əldə edəcəksiniz. Daha sonra avadanlığın quraşdırılmasına öz işçinizi cəlb edə bilərsiniz. Lakin belə avadanlığın davamlı fəaliyyətinə zəmanət varmı? Bununla belə həmin qüsura görə işçinizin maaşını kəsmək imkanını qazanarsınız. Nəhayət, Siz kompüterinizin canı tam çıxanacan viruslarla təkbətək mübarizə apararaq, yeni avadanlığın alınması üçün səbəb əldə edəcəksiniz. 

 Bu yazının oxunuşuna sərf etdiyiniz müddətə ürəyiniz istəyən kompüteri əldə etmək imkanı faktı Sizi təəcübləndirmir?
Biz təəcüblənərək sevinirik. Cünki sözə həqiqi qiymət verənlər hələ də qalmaqdadır. Ona görə də bizdən hər hansı bir şey aldığınız zaman böyük məmnuniyyətlə Sizə qiraət üçün nə isə bagışlamaqdan sevinc duyuruq!




| | | | FAQ

Rambler's Top100